Maksim 3 həftəyə hazır olacaq:`Qarabağ` yüksələn xətlə çıxış edəcək`

26 Mar 2011
Maksim 3 həftəyə hazır olacaq:`Qarabağ` yüksələn xətlə çıxış edəcək`
Milli oyunlar səbəbindən yaranmış fasilə ilə əlaqədar olaraq `Qarabağ`ımız 17 futbolçuyla hazırlıqlarını davam etdirir. Aprelin 3-ündə `Neftçi`ylə qarşılaşacaq komandamızda zədəlilərin geri dönməsi üzləri güldürür. 2011-ci ildə zədə üzündən rəsmi oyuna çıxa bilməyən gənc müdafiəçimiz Maksim Medvedev də artıq kollektivlə çalışmalarda iştirak edir. Almaniyada müalicə olunan 21 yaşlı milli üzvü saytımıza verdiyi açıqlamada başına gələnləri dəyərləndirib:`Zədəm həqiqətən də qeyri-adi alındı. Fərqli vasitələrdən müalicədən istifadə olunsa da, zədəni müəyyənləşdirmək mümkün olmurdu. Ümumi qənaət bundan ibarət oldu ki, sadəcə zamana ehtiyac var. Daha dəqiq desək zədənin keçməsi üçün 6 həftəlik zaman lazım idi. İndi artıq kollektivlə məşqlərə başlamışam. Həkimlər dediki ayağında hələ ağrılar olacaq. Demək olar ki, artıq ağrılara alışmışam. Əsas sağalma mərhələsi artıq arxada qalıb. 3 həftəyə tam hazır olacam.`
Maksim futbol üçün darıxdığını da bildirib:`Artıq 3 aydı futboldan uzaq düşmüşəm. Karyeramda İlk dəfə olaraq bu qədər futboldan ayrı qalmışam. Futbol üçün darıxmışam. Almaniyada olarkən oyunlarımızı izləyə bilməsəm də, saytımız vasitəsiylə oyunları onlayn izləyirdim. Sevinirəm ki, komandamız ardıcıl qələbələrlə 2-ci pilləyə yüksəlib. `Qarabağ` son illərdə yüksəlişdədi. Yerimin görsənməyi barəsində nəsə deməyim düzgün deyil. Komanda qələbələr qazanırsa konkret futbolçunu fərqləndirmək düzgün deyil. Hazırda mənim mövqeyimdə Qara uğurla çıxış edir. Zaur da hemin yerdə oynamağı bacarır. Biz kollektiv futbol oynadığımız üçün meydanda kimin olmasının elə də önəmi yoxdu. Kim meydana çıxırsa var gücünü,deyərdim ki, ürəyini meydanda qoyur.`
Başarılı müdafiəçi `Qarabağ`ın qarşıdakı oyunlarını dəyərləndirib:`Qarşıda bizi bir-birindən çətin 8 oyun gözləyir. Son 9 oyunda qələbə qazanmışıq. Hamı bizim seriyanın taleyi ilə maraqlanır. Amma keçən dəfə Rəşad Sadıqov demişdi ki, seriya haqqında fikirləşmək bizə 3 xal verməyəcək. Onun dediyi ilə razıyam. Axı, bütün seriyalar nə zamansa başa çatır. Ona görə də, hər oyuna xüsusi hazırlaşırıq. İnanıram ki, payızda düşdüyümüz böhran bir daha təkrarlanmayacaq. İndi heyətimizin yetərincə geniş olduğunu düşünürəm. Ona görə də sonuncu tura qədər `Qarabağ`ın yüksələn xətlə çıxış edəcəyini düşünürəm.`