Maksim də sıradan çıxdı

10 Avq 2011
Maksim də sıradan çıxdı
`Qarabağ`ımız `İnter`lə oyunun hazırlıqlarını davam etdirir. Bazar günü premyerliqada ilk matçına çıxacaq komandamız Suraxanı qəsəbə stadionunda məşqlərini davam etdirir. Milliyə yollananlar və zədə səbəbindən tam heyətlə çalışa bilməyən komandamız bu gün səhər məşqində başqa bir üzücü xəbər alıb. Belə ki, Vüqar Nadirov, Rəşad Sadiqovun ardından Maksim Medvedev də zədəlilər karvanına qoşulub. 22 yaşlı müdafiəçinin sağ ayağında qismən əzələ dartılması və qan yığılması baş verib. Maksimin azı 10 gün meydanlardan kənar qalacağı gözlənilir. Belədə Maksimin `İnter`lə oyunu buraxacağı dəqiqləşib.