Maksim Medvedev: "269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm"

single-news
14 Noy 2018

Maksim Medvedev: "269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm"



“Qarabağ”ımızın Azərbaycan Premyer Liqasının XI turunda qarşılaşdığı “Qəbələ”ylə matç futbolçumuz Maksim Medvedev üçün əlamətdar olub. Belə ki, klubumuzun tarixində ölkə çempionatlarında 269-cu oyuna çıxan Medvedev “Qarabağ”ımızda yerli çempionatlarda ən çox forma geyinən futbolçu tituluna yiyələnib. O, 268 oyuna çıxmış Aslan Kərimovu geridə qoyub.

Maksim Medvedev bu haqda klubumuzun rəsmi saytına fikirlərini bildirib:

“Mənə də xoşdur ki, “Qarabağ” tarixində ölkə çempionatlarında ən çox forma geyinmek rekordu bütün futbolçular arasında  mənə məxsusdur. Çalışacam ki, bu rəqəmi daha da yüksəldim və klubda çox oyunum olsun. Hələ qarşıda bir neçə ilim var. 269-un daha böyük rəqəm olması üçün əlimdən gələni edəcəm. Düzdür, bu qədər oyun keçirmək çox çətindir, çox əziyyət çəkdim. “Qarabağ” kimi klubun ölkə çempionatlarında ən çox oynayan futbolçusu titulu mənim üçün qürurvericidir. Hədəfim ümumilikdə ən çox oynayan futbolçu adına yiyələnmək və bu klubla daha böyük zəfərlər qazanmaqdır”.

Paylaş