Maksim Medvedev geri döndü
29 Yan 2011
Maksim Medvedev geri döndü
Xəbər verdiyimiz kimi, Yanvarın 26-sinda 5 futbolçumuz ölkəmizin əsas millisnin düşərgəsinə yollanmışdı. Samir Abasov, Maksim Medvedev, Rauf Əliyev, Elvin Məmmədov və Vüqar Nadirov millinin təlim-məşq toplanışı üçün Dubaya getmişdilər. Amma futbolçularımızdan Maksim Medvedev artıq geriyə dönüb. Təxminən 1 həftədir ayağındakı ağrılar səbəbindən komandamızın məşqlərində tam güclə iştirak edə bilməyən Maksim zədə ucbatından geri göndərilib. Artıq bu gün Maksim ilk məşqinə çıxıb. 21 yaşlı müdafiəçi yüngül qaçışla kifayətlənib.