Maksim Medvedev:`Nə vaxtsa `Qəbələ`ni udmalıyıq.`

single-news
6 Mar 2013

Maksim Medvedev:`Nə vaxtsa `Qəbələ`ni udmalıyıq.`



`Qarabağ`ımız sabah ölkə kubokunun ¼ finalında `Qəbələ`ylə qarşılaşacaq. 1-1-in revanşında şimal klubunu qəbul edəcək komandamızın tək hədəfi yarımfinaldır. Vacib görüş öncəsi `Qarabağ`ımızın müdafiəçisi Maksim Medvedev oyunla bağı saytımıza danışıb:` Hazırlıqlar normal qaydada gedir. Bilirik ki, bizi `Qəbələ` ilə çətin oyun gözləyir. Rəqibimizin bəlkə də ən əsas hədəfi kubokdur. Məlumdur ki, Avropaya gedən ən qısa yol kubokdan keçir. Amma biz də eyni hədəf üçün mübarizə aparırıq. Yarımfinala çıxmağı istəyirik. Bunun üçün isə `Qəbələ`ni keçməliyik. İlk oyunda qeydə alınmış nəticə ilk baxışdan bizə sərfəli görsənir. Amma 90 dəqiqənin eyni hesabla oynanacağını heç kim fikirləşmir. Dünənki `Mançester Yunayted`in vəziyyətinə düşüb-düşməyəcəyimi deyə bilmərəm. Belə baxanda ingilislərə 1:1-lik nəticə sərf etsə də onlar yenə də qol vurdular, mübarizə aparırdılar. Sadəcə qırmızı vərəqə Ferqyüsonun yetirmələrini pis vəziyyətdə qoydu. Bundan sonra oyun dəyişdi. `Qəbələ`ylə oyunda `qırmızı` almağı düşünmürük (gülür). Bəli 2 ildi, `Qəbələ`ni uda bilmirik. Amma heç vaxt onlara qarşı əzilməmişik. Sadəcə, nəsə olur. Çoxlu qol imkanlarımız olur, amma yenə də uda bilmirik. Futbolda belə şeylər olur. Təbii ki, biz də nə vaxtsa `Qəbələ`ni udmalıyıq.`

Paylaş

// pop up