Maksim Medvedev:`Neftçi` ilə oyunda oynamaq istəyirəm`
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
22 Noy 2010
Maksim Medvedev:`Neftçi` ilə oyunda oynamaq istəyirəm`
`Qarabağ`ımızın son uğursuzluğunda komandamızın 5-6 üzvünün zədə səbəbindən komandadan ayrı düşməsinin rolu danılmazdır. Artıq uzun müddətdir Samir Abasov, Andrey Rubins, Maksim Medvedev, Ayxan Abassov, Emin İmaməliyev, Əfran İsmayılov komandamıza yardım edə bilmir. Oktyabrın əvvələrində millinin düşərgəsində olarkən zədələnən Maksim sonradan bərpa prosesi zamanı yenidən zədələnmişdi. Fərdlərə məşqlərə başlayan 21 yaşlı istedadlı müdafiəçi `Neftçi` ilə oyuna qədər hazır olmaq üçün əlindən gələni edir:` Demək olar ki, ay yarımdı yaşıl meydanlara hərət qalmışam. Futboldan belə uzaq qalmağım heç yadıma gəlmir. Elə bil komandamızı tilsimləyiblər. Oyunçularımız zədələnir, vurduğumuz toplar qapıya girmir. Əvəzində qapımıza ilk təhlükə qolla nəticələnir...Bizim komanda çətin günlərdə toparlanmağı bacarıb. İnanıram ki, hazırda layiq olmadığımız yerdə qərarlaşsaq da, tezliklə özümüzü düzəldəcəyik. Zədələlilərimiz də sağalır. Artıq fərdi məşqlərə başlamışam. `Neftçi`ylə oyuna qədər çalışacam ki, formamı bərpa edim. Təbii ki, oynayıb-oynamamağım baş məşqçimizdən asılıdı. Amma derbidə oynamaq üçün canla-başla hazıram.`