MALDİNİ: "MƏN TƏƏSSÜFLƏNMİRƏM"...

single-news
22 Yan 2008

MALDİNİ: "MƏN TƏƏSSÜFLƏNMİRƏM"...



O, cari mövsümün sonunda möhtəşəm karyerasını bitirəcək. Paola Maldini bazar günü "Udineze"yə qarşı oyunu səbirsizliklə gözləyirdi. Axı veteran müdafiəçi 23 il əvvəl yanvarın 20-də sonrada liderinə çevriləcək "Milan"ın heyətində debüt etmişdi. Ancaq soyuqdəymə ona sevimli komandasına səfər oyununda kömək etmək imkanı vermədi. Bununla belə Paolo elə də təəssüflənmir. Ən azı ona görə ki, o çoxdan "rossonyer"in canlı əfsanəsi sayılır. A seriyasında hamıdan çox-607 dəfə meydana çıxan İtaliya yığmasının sabiq müdafiəçisi milanlılarla saya-hesaba gəlməyən titullar qazanıb. Paolonun zəngin kolleksiyasına daxil olan uğurlardan yalnız 7 ölkə çempionluğunu  və 5 Çempionlar Kubokunu vurğulamaq kifayət edər. Səbəkar karyerası boyunca yalnız "Milan"a xidmət edir. O, bu mövsümü major notda başa vurmaq arzusundadı. Doğrudu, komanda artıq ölkə kubokunda mübarizəni dayandırıb. "Milan"ın skudettonu qazanmaq şansını itirdiyini də söyləmək olar. Başqa sözlə, Paolo yenə ÇL-dəki böyük qələbənin sevincini yaşamaq arzusunda olmalıdı. Jurnalistlər bu günlərdə ondan xarici ölkədə oynamaq şansının olmadığına görə təəssüf hissi keçirib-keçirmədiyini soruşub: "Bunu heç vaxt edə bilməzdim. Çünki atamın Avropa çempionluğunu qazandığı doğma şəhərdə yaşamaq xoşbəxtliyinə malik olmuşam. Heç vaxt karyeramı xarici ölkədə davam etdirməyimə elə bir ehtiyac olmayıb".

Paylaş

// pop up