MALUDA “CELSİ”Nİ XƏRCƏ SALDI
MALUDA “CELSİ”Nİ XƏRCƏ SALDI
Abramoviçin himayəsinə keçdikdən sonra transfer bazarında ağalıq “Çelsi” nəhayət susqunluğunu pozaraq, cari mövsümönscəci ilk dəfə xərcə düşüb. Belə ki, öncə Kladio Pizarro istisna olmaqla bir neçə tanınmayan futbolçuları havayı sıralarına qatan “zədəgan”lar Fransa millisi və Lion “Olimipik”inin yarımmüdafiəcisi Floran Maludaya 20 milyon avro xərcləyib. Maluda üçün öncə 25 milyon tələb olunsa da sonradan tərəflər 20 milyon avroya razılaşıblar. Vaxtilə, “Genqam”dan 6,5 milyona alınan 27 yaşlı futbolçu ilə 3,5 milyon avro qazanacaq. Səbəbkar özü isə, London klubunu Droqbaya görə seçdiyini bildirib:” Vaxtilə Droqba ilə birlikdə oynamışam. Yenidən onunla bir yerdə oynamağıma görə cox şadam”
Xatırladaq ki, bu cütlük, 2002-2003-cü il mövsümündə birlikdə, 38 dəfə rəqib qapısına yol tapıblar.