Mançesterlər də dayandı, `Beşiktaş` da
Mançesterlər də dayandı, `Beşiktaş` da
Avropa Liqasının 1/8 final mərhələsinə yekun vurulub. Turnirin favoritlərindən biri olan `Mançester Yunayted` Avropa macərası ilə vidalaşıb. İngiltərə təmsilçisi ev oyununda 0:2 hesabı ilə yenildiyi `Atletik`ə yenə uduzub – 1:2.
`Udineze` də Avropa Liqasında mübarizəni dayandırıb. İtaliya klubu səfərdə 0:2 hesabı ilə uduzduğu `Alkmaar`ı evdə 2:1 hesabı ilə yensə də, mərhələ adlaya bilməyib.
`Hannover 96″ mərhələni darmadağınla adlayıb. Almaniya klubu `Standard` 4:0 hesabı ilə udub. Bu komandalar arasında ilk oyun 1:1 hesabı başa çatmışdı.
`Valensiya` isə səfərdə PSV ilə sülh bağlayıb – 1:1. Bu komandalar arasında İspaniyada baş tutan oyunda `yarasalar` 4:2 hesablı qələbə qazanmışdı.
Türkiyənin Avropadakı tək təmsilçisi `Beşiktaş` turnirlə vidalaşıb. `Qara Qartal` səfərdə 1:3 hesabı ilə yenildiyi `Atletiko`ya evdə də uduzub – 0:3. Arda Turan 68 dəqiqə forma geyindiyi oyunda sarı vərəqə alıb və ilk qolun ötürməsini verib.
`Mançester Yunayted`in ardınca `Mançester Siti` də çıxışını dayandırıb. `Siti` səfərdə 0:1 hesabı ilə yenildiyi `Sportinq`i evdə 3:2 hesabı ilə udsa da, mərhələ adlaya bilməyib.
Ukraynanın `Metallist` klubu mərhələ keçib. Ukrayna təmsilçisi Yunanıstanda `Olimpiakos`u udub – 2:1. Bu komandalar arasında ilk oyun yunanların 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.
`Şalke 04″ isə `Tvente`ni mübarizədən kənarlaşdırıb. Almaniya klubu səfərdə yenildiyi (0:1) hollandları evdə 4:1 hesabı ilə darmadağın edib.
Avropa Liqası
1/8 final
Cavab oyunları
15 mart
Udineze (İtaliya) – Alkmaar (Hollandiya) 2:1
Qollar: Antonio Di Natale, 3-pen; 15 – Erik Falkenburq, 31.
Qırmızı vərəqə: Nik Viergever, 3 (Alkmaar).
İlk oyun – 0:2.
Atletik (İspaniya) – Mançester Yunayted (İngiltərə) 2:1
Qollar: Fernando Llorente, 23. Oskar De Markos, 65 – Ueyn Runi, 80.
İlk oyun – 3:2.
Hannover 96 (Almaniya) – Standard (Belçika) 4:0
Qollar: Məhəmməd Abdellaue, 4. Kanu, 21 (avtoqol). Didye Konan Ya, 73. Serxio Pinto, 90+3.
Qırmızı vərəqə: Serje Qakpe, 58 (Standard).
İlk oyun – 2:2.
PSV (Hollandiya) – Valensiya (İspaniya) 1:1
Qollar: Ola Toyvonen, 64 – Adil Rami, 47.
Qırmızı vərəqə: Adil Rami, 89 (Valensiya).
İlk oyun – 2:4.
Beşiktaş (Türkiyə) – Atletiko (İspaniya) 0:3
Qollar: Adrian, 26. Radamel Falkao, 84. Eduardo Salvio, 90+4.
İlk oyun – 1:3.
Mançester Siti (İngiltərə) – Sportinq (Portuqaliya) 3:2
Qollar: Serxio Aquero, 60; 83. Mario Balotelli, 75 – Matias Fernandes, 33. Rikki van Volfsvinkel, 40.
İlk oyun – 0:1.
Olimpiakos (Yunanıstan) – Metallist (Xarkov, Ukrayna) 1:2
Qollar: İvan Markano, 15 – Kristian Karlos Villaqra, 81. Marko Deviç, 86.
İlk oyun – 1:0.
Şalke 04 (Almaniya) – Tvente (Hollandiya) 4:1
Qollar: Klaas Jan Huntelaar, 29; 57-pen; 82. Jermain Jones, 71 – Villem Yanssen, 14.
İlk oyun – 0:1.