Mançesterlər uduzdu, `Beşiktaş` da
Mançesterlər uduzdu, `Beşiktaş` da
Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Qitənin ikinci dərəcəli turnirində 8 qarşılaşma baş tutub.
Çempionlar Liqası vidalaşan `Mançester Yunayted` klubu Avroliqada inamla irəliləyir. `Qırmızı şeytanlar` bu dəfə öz meydanında İspaniyanın `Atletik` (Bilbao) klubu ilə qarşılaşıb. Lakin meydan sahibləri gözlənilmədən doğma azarkeşləri önündə rəqibinə uduzub - 2:3.
İngiltərənin digər təmsilçisi `Mançester Siti` isə səfərdə Portuqaliyanın `Sportinq` klubunun qonağı olub. Premyer Liqanın hazırki lideri Avroliqanın da əsas favoritlərindən hesab olunurdu. Lakin Aleksandrın qoluna mane ola bilməyən `şəhərlilər` səfərdən məğlub ayrılıblar - 0:1.
Azərbaycan futbolsevərlərinin diqqəti isə Madridə yönəlib. Burada yerli `Atletiko` klubu Türkiyənin turnirdə yeganə təmsilçisi `Beşiktaş`ı qəbul edib. Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. `Atletiko`nun türkiyəli futbolçusu Arda Turan zədə səbəbindən `Beşiktaş`a qarşı forma geyinə bilməyib.
Qeyd edək ki, bu mərhələnin cavab görüşləri bir həftə sonra keçiriləcək.
8 mart
Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları
00:05. `Mançester Yunayted` (İngiltərə) - `Atletik` (Bilbao, İspaniya) - 2:3
Qollar: Runi, 22 (1:0), Lorente, 4 (1:1), De Markos, 72 (1:2), Muniain, 90 (1:3), Runi, 90+2-pen (2:3)
00:05. `Standard` (Belçika) - `Hannover` (Almaniya) - 2:2
Qollar: Stindl, 22-pen (0:1), Buyens, 27 (1:1), Çite, 30 (2:1), Diuf, 56 (2:2)
00:05. `AZ Alkmaar` (Hollandiya) - `Udineze` (İtaliya) - 2:0
Qollar: Martens, 63 (1:0), Falkenburq, 84 (2:0)
00:05. `Valensiya` (İspaniya) - PSV (Hollandiya) - 4:2
Qollar: Ruiz, 11 (1:0), Soldado, 13 (2:0), 43-pen (3:0), Piatti, 56 (4:0), Toyvonen, 83-pen (4:1), Vijnaldum, 90 (4:2)
22:00. `Atletiko` (Madrid, İspaniya) - `Beşiktaş` (Türkiyə) - 3:1
Qollar: Salvio, 24 (1:0), Salvio, 27 (2:0), Adrian, 37 (3:0), Simao, 53 (3:1)
22:00. `Tvente` (Hollandiya) - `Şalke` (Almaniya) - 1:0
Qol: De Yonq, 61-pen (1:0)
22:00. `Sportinq` (Portuqaliya) - `Mançester Siti` (İngiltərə) - 1:0
Qol: Aleksandr, 51 (1:0)
22:00. `Metallist` (Ukrayna) - `Olimpiakos` (Yunanıstan) - 0:1
Qol: Torrijos, 50 (0:1)
