"MANÇESTR YUNAYTED"DƏ ƏSAS SÖZ SAHİBİ - MALKOLM QLEYZER

single-news
13 May 2005

"MANÇESTR YUNAYTED"DƏ ƏSAS SÖZ SAHİBİ - MALKOLM QLEYZER



Amerikan iş adamı Malkolm Qleyzer artıq "Mançestr Yunayted"in səhm paketinin böyük hissəsinin sahibinə çevrildi. Buna səbəb onun digər səhm sahibləri olan irland Makmanus və Djon Maqnierdən 790 milyon funt sterlinq dəyərində 28,7 faiz səhmlərini alması olub. Xatırladaq ki, Qleyzer bundan əvvəl 28,2 faiz paya sahib idi. Beləliklə, onun səhm paketinin həcmi 56,9 faizə çatdı. Lakin Qleyzer indi də "Mançestr Yunayted"i öz əmlakı saya bilməz. İş ondadır ki, Klubun Nizamnaməsinə əsasən tam nəzarəti ələ almaq istəyən iş adamı səhm paketinin azı 75 faizinə sahib olmalıdır. Təxminən 60 faiz səhm paketinin sahibi Qleyzer baş məşqçi ilə bağlı azarkeşlərin narahatşılığına da son qoymağı unutmayıb. Onun sözlərinə görə, klubun baş məşqçisi Aleks Ferqüson işindən azad olunmayacaq.Əksinə onunla uzunmüddətli kontrakt imzalayaraq, sərəncamına yeni futbolçu almaq üçün 100 milyon funt sterlinq də veriləcək.

Paylaş