MAQAT GETDI, HITSFELD GƏLDI.
2 Fev 2007
MAQAT GETDI, HITSFELD GƏLDI.
Son iki ildə “Bavariya”nı Almaniya çempionatının qalibi etmiş Feliks Maqat gözlənilmədən postundan qovulub. “Ştutqart”ı çalışdırdığı dönəmlərdə başarılarıyla gündəmə gələn “Dəmir Maqat” ölkənin ən titullu klubu “Bavariya”nın Ottmar Hitsfeldlə yollarını ayırmasından sonra baş məşqçi postuna gətirildi. Nəticədə özünü çox gözlətmədi. İlk ilindəcə, “qızıl dubl” (çempionluq və kubok) edən alman çalışdırıcı bununlada bundesliqanın tarixinə düşdü. Ötən mövsümdə “Bavariya”ya çempionluq qazandıran Maqatın işləri yağ kimi gedirdi. Lakin cari mövsümə elə də uğurlu başlamaması Maqatın postunu “laxlatdı”. Lakin hər halda lider üç xal geri qalmağı elə də faciə kimi qiymətləndirmək olmazdı. Amma ikinci yarının başlanğıcında iki oyuna itirilmiş 4 xal Maqata baha başa gəldi. Münhenlilər artıq Maqatı əvəzləyəcək şəxs tapa biliblər. Maraqlıdı ki, vaxtilə öz istəyilə istefa verən nəticədə Maqatın posta gətirilməsinə səbəb olan Ottmar Hitsfeld yenidən öz köhnə postuna qayıdacaq.
Dünən Almaniyanın “Bavariya” klubunun baş məşqçi postundan istefaya göndərilən Feliks Maqat bu gün özünə yeni iş yeri tapıb. Məşqçi artıq Bundesliqada mübarizə aparan “Hamburq” klubu ilə müqavilə bağlayıb. 53 yaşlı mütəxəssis yeni klubunda dünən istefaya göndərilmiş Tomas Dollu əvəzləyib. T. Doll Almaniya çempionatında “Hamburq”un öz meydanında “Enerji” klubu ilə 1:1 hesablı heç-heçə etməsindən sonra postundan uzaqlaşdırılıb.
Qeyd edək ki, “Hamburq” 19 turdan sonra Bundesliqada 15 xalla sonuncu - 18-ci pillədə qərarlaşıb.