Marko Yankoviçin durumuna aydınlıq gəlib
20 Fev 2023
Marko Yankoviçin durumuna aydınlıq gəlib
UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunda zədələnmiş futbolçumuz Marko Yankoviç həkim müayinəsindən keçib.
Müayinənin nəticəsinə görə, oyunçumuzun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib.
Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq.