“Marsel” – “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən soydaşlarımızın nəzərinə!

single-news
14 Fev 2022

“Marsel” – “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən soydaşlarımızın nəzərinə!



“Marsel” – “Qarabağ” matçında komandamızı dəstəkləmək istəyən soydaşlarımızın nəzərinə!

 

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Marsel” – “Qarabağ” oyunu üçün nəzərdə tutulmuş qonaq komandanın azarkeş sektorunun biletləri matç günü satışa çıxarılacaq.

 

Qarşılaşmanı izləmək və komandamıza stadionda dəstək olmaq istəyən azarkeşlər oyun günü – 17:00-dan 20:30-a kimi “Velodrom” arenasında ayrılacaq kassadan biletləri ala bilərlər. Biletlərin qiyməti 20 avrodur. “Qarabağ” fanatları üçün stadiona giriş 20-ci qapıdan olacaq.

 

Stadiona avtomobillə gələcək azarkeşlər P3 parkinqindən istifadə edə bilərlər. Avtomobil üçün yerlərin sayı məhduddur (22 yer).

 

Fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək “Marsel” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.

Paylaş

// pop up