“MASALLI” – “QARABAĞ” 1:0
“MASALLI” – “QARABAĞ” 1:0
“Qarabağ” ötən turlarla müqayisədə heyətində bir neçə dəyişiklik etmişdi. İlk növbədə qapıdakı dəyişiklik diqqəti cəlb edirdi. Fərhad Vəliyevin yerinə meydana çıxan Osman Umarov cari mövsümdə çempionatda debüt etmək imkanı əldə etdi. Eyni zamanda komandanın sıralarına yeni qoşulmuş Ayxan Abbasov da start heyətində yer almışdı. Ötən tur son 20 dəqiqə mübarizə aparmış, İrakli Beraya təxminən il yarımdan sonra start heyətində yer almışdı.
Oyun da ilk hücumu ev sahibləri yerinə yetirdilər. Lakin, Fabionun zərbəsi qapının üstündən keçdi. “Qarabağ”ın da cavabı özünü çox gözlətmədi. Puponun zərbəsini Amil Ağacanov çətinliklə dəf etdi. Bu dəqiqələrdən etibarən komandamız ərazi üstünlüyünü ələ keçirməyə başladı. 22-ci dəqiqədə İrakli hesabı aça bilərdi. Gürcü forvard Puponun ötürməsindən sonra qapıçı ilə təkbətəkə yollanmaq şansı əldə etsə də, bir anlıq gecikməsi müdafiəçilərin təhlükəni sovuşdurması ilə nəticələndi. 24-cü dəqiqədə Muradın zərbəsi yadda qalan oldu. 26-ci dəqiqədə “Masallı”da hesabı açmağa yaxın oldu. Cərimə zərbəsindən sonra Umarov topu əlindən buraxsa da Ramin Məmmədov dəqiq oynaya bilmədi. Ardınca, Əfran İsmayılov iki əlverişli məqamı boşa verdi. 28 və 36- cı dəqiqələrdə komandamız rəqibi 2-yə bir yaxalasa da, hər iki epizodda Əfran uyğun vəziyyətdə olan, İrakli və Pupoya ötürmə verə bilmədi. Hissənin ortalarında zədələnmiş Kənanın yerinə girən Vaqif isə 43-cü dəqiqədə cərimə meydançasının daxilində qapını nişan ala bilmədi.
İkinci yarı təzə başalmışdı ki, qapımızda qol gördük. Hakimin strat fitindən cəmi 18 saniyə sonra cərimə meydançasının həndəvərində topu ələ keçirən Fabio uzaq “doqquzluğ”u dəqiq nişan aldı. Bu epizoda torun nasazlığından topun qapıdan keçməsini hakimin qərarı ilə müəyyənləşdirmək mümkün oldu. Qoldan sonra bütünlüklə irəli atılan komandamız sağdan-soldan həmlələr etsə də rəqibin müdafiəsi və qapıçısı son anda dəqiq oynayaraq təhlükəni sovuşdursa da, 61-ci dəqiqədə onlar belə qola əngəl olmaya bilərdi. Lakin, İrakli cinah ötürməsi zamanı top ələ keçirib bir müdafiəçini aldadıb qapıçı ilə üzbəüz qalsa da 2 metrdən qapıçını keçə bilmədi. Dəqiqələr keçdikcə təzyiqi artıran komandamız nə qədər səy etsə də qol tora daxil olmudu ki, olmurdu. Təsadüfi deyil ki, son 15 dəqiqədə qapını 3 dəfə nişan alan Puponun zərbəsini Ağacanov son anda zərəsizləşdirə bildi. Puponun “doqquz”luğa göndərdiyi cərimə zərbəsində də qapıçı eyni ustalığını nümayiş eydirdi. Son dəqiqələrdə bütünlüklə irəli atılsaq da oyunu xilas etmək mümkün olmadı.