MATÇ ÖNCƏSİ: DƏNİZ SAHİLİNDƏ İSTİRAHƏT . . .

single-news
24 Apr 2006

MATÇ ÖNCƏSİ: DƏNİZ SAHİLİNDƏ İSTİRAHƏT . . .



"Qarabağ" Futbol Klubu Ölkə Kubokunun 1/2 final mərhələsinin ilk oyununa səylə hazırlaşır. "Göyəzən"lə qarşılaşmadan sonra bir günlük istirahət edən "Qarabağ" növbəti- "Neftçi" ilə kubok yarımfinal oyununun hazırlığına start verdi. Bu hazırlıqda həmişə olduğu kimi klub rəhbərliyi də pay sahibi oldu. Ağır məşq prosesindən sonra futbolçuların istirahət etməsi üçün Klubun Vitse-Prezidenti dəniz sahilində komandanın bütün üzvləri ilə görüş keçirdi. DƏNİZ SAHİLİ . . . Yolüstü Klub üzvləri Dübəndidə yerləşən şirkətimizə məxsus neft terminalları ilə qısa tanış oldular, oradakı proseslərin əyani şahidinə çevrildilər. Sonra isə Taher bəy klub üzvlərini Xəzər dənizinin sahilində "cənnət"ə apardı . . . Futbolçularla tək-tək görüşən Vitse-Prezident onları qısa nitqlə salamladı: "Sizin hamınızı bir arada görmək məni çox sevindirdi. Ağır məşq prosesindən sonra istirahətinizi daha da mənalı etmək üçün sizi buraya dəvət etdim. İnanıram ki bu istirahətdən hamımız zövq alacağıq..." Qısa zaman kəsiyində planlaşdırılsa da gözəl təşkilatçılığı ilə fərqlənən görüşdə əyləncəli oyunlar da keçirildi. Qalibə uduş qoyulan bu oyunda finala aşbazla Azər Məmmədov çıxdı. Qalibin aşbaz olması və pul mükafatına sahib olması bütün "Qarabağ"lıları sevindirdi. Qum üzərində futbol oyunu da keçirildi. Oynamayanlardan isə bəziləri təbiətin gözəlliyindən zövq alır, digərləri isə qum üzərində maşın yarışına çıxırdılar... Bir yerə toplaşdıqda isə komandanın Baş Məşqçisi Böyükağa Ağayev öz təşəkkürlərini klub rəhbərliyinə bildirdi: "Bu görüş uşaqların istirahətində müstəsna rol oynayacağına əminəm. 2-3 gündən bir oyun oynayan futbolçular üçün bu həqiqətən lazım idi və Klub rəhbərliyinə bu görüşü təşkil etdiyinə görə öz dərin minnətdarlığımı bildirirəm..." Taher bəy isə çıxışında növbəti kubok oyununa da toxundu: "Mən sizə inanıram və qarşıdakı çətin kubok oyununda da öz bacarığınızı göstərəcəyinizə şübhəm yoxdur. Rəqibimiz bizə çox yaxın- dost olan Azərbaycan futbolunun flaqmanı "Neftçi" klubudur. O klub da mənə "Qarabağ" qədər əzizdir və mən o iki qarşılaşmada futbol adına hər şeyi görə biləcəyimə inanıram. Mən sizdən yalnız gözəl futbol istəyirəm. Bunu Azərbaycan futbolunda kökü olan iki komandanın oyununda görmək istəyim təbiidir. Hamınıza müvəffəqiyyətlər arzulayıram...." Klubun Vitse-Prezidenti Taher Gözəl görüşün həmişəki kimi, davamı olduğunu da bildirdi: "Bu görüşümüzün birinci hissəsi idi. İnşallah ikinci hissəsini dəniz sahilindən təbiətin qoynuna səyahətlə davam etdirəcəyik. Elə bir yerə gedəcəyik ki, oradan çox enerji verən bir yer olduğunu düşünmürəm. Sizləri çox sevdiyimə görə istərdim ki oranın gözəlliklərini birlikdə bölüşək.." Dəniz Sahilində...-FOTOQALEREYA

Paylaş