MATÇ ÖNCƏSİ: FUTBOLÇULAR NƏ DÜŞÜNÜR ?

single-news
16 Mar 2006

MATÇ ÖNCƏSİ: FUTBOLÇULAR NƏ DÜŞÜNÜR ?



TARİXİ MATÇA SAATLAR QALDI... 18.03.2006-cı il tarixində Ölkə Kubokunun 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində "Bakı" "Qarabağ"ı qəbul edəcək. İlk görüş iki həftə öncə keçirilmiş və 3:2 hesablı "Qarabağ"ın qələbəsi ilə başa çatmışdı... İNTENSİV MƏŞQLƏR... Kubokun ilk görüşündə son dəqiqədə buraxılan qol hesabına minimal hesablı qələbə "Qarabağ"ı qane etmədiyindən, ikinci oyuna komanda daha intensiv məşqlərlə hazırlaşır. Həm fiziki, həm də taktiki məşqlərlə yetirmələrini hazırlaşdıran Baş Məşqçi Böyükağa Ağayev məşqləri "Şəfa" stadionunda davam etdirir. İkinci oyun öncəsi hərarətləri qalxmış Samir Musayev, Hüseyn İsgəndərov, Vitaliy Kovalyovun, eləcə də cəza səbəbindən oyunu buraxmış Aslan Kərimovun da məşqlərdə tam gücü ilə iştirak etməsi komandada əhval-ruhiyyəni daha da yüksəldib... FUTBOLÇULAR "QƏLƏBƏ" DEYİR.... Qarşıdakı oyun öncəsi futbolçular fikirlərini bölüşməkdən çəkinmədilər: ASLAN KƏRİMOV: "Cəza səbəbindən "Bakı" ilə ikinci oyunu tribunadan izlədim. Uşaqlar yaxşı oynasalar da, son dəqiqədə qol buraxdıq....İndi yalnız qarşıdakı oyunu düşünürük və əminliklə deyə bilərəm ki, uşaqların gözəl oyun göstərib qələbə qazanmağa gücləri kifayət qədərdir." RAMAL HÜSEYNOV: "Ötən oyunda son dəqiqədə vurulmuş qolla layiq olmadığımız məğlubiyyətə uğradıq. Amma mən demək istəyirəm ki, onlar bunu etməkdə çox səhv etdilər. Bəlkə də bu qol olmasaydı biz də belə hazırlaşmazdıq və onların kubokda bir qədər şansı qalmış olardı. İndi isə onların heç şansı yoxdur..." QOQA BERAYA: "Qarabağ" kubokda adını yarımfinala yazmalıdır və mən də bu komandanın üzvü kimi deyə bilərəm ki, bunun öhdəsindən biz gələ biləcəyik. Sadəcə ədalətli hakimliyin olmasını istərdim..." BOYAN İLİÇ: "Ötən oyunu unutmuşam və bütün futbolçularda olduğu kimi, bütün diqqətim qarşıdakı oyunadır. İki yolumuz var: 1.Qələbə! 2. yenə Qələbə! " SAMİR MUSAYEV: "Bir qədər hərarətim qalxdığından son oyunda komandama kömək edə bilmədim. Bu oyunda hər şey qaydasındadır. Əvvəl dediyim kimi yalnız bir fikri yenə də demək istəyirəm: BİZ "Bakı"DAN GÜCLÜYÜK..." ...Bir daha xatırladaq ki, oyun 18.03.2006-cı il, saat 15:00-da T.Bəhramov adına Respublika staionunda keçiriləcək.

Paylaş