MATÇ ÖNCƏSİ: "QARABAĞ" CƏNUBA DOĞRU . . .

single-news
30 Mar 2006

MATÇ ÖNCƏSİ: "QARABAĞ" CƏNUBA DOĞRU . . .



"Qarabağ" Futbol Klubu Ölkə Çempionatının növbəti turu çərçivəsində "Xəzər Lənkəran"la oyuna hazırlıqlarını davam etdirir. Gündəlik bir dəfə məşqlər edən "Qarabağ" matça bir gün qalmış Lənkərana yola düşəcək. Son məşqi də komanda məhz matçın keçiriləcəyi Olimpiya Kompleksinin stadionunda keçərək matç saatını gözləyəcək. Oyun öncəsi Məşqçi və Futbolçu heyətinin matç haqqında fikirlərini diqqətinizə çatdırırıq: Böyükağa Ağayev: "Bu oyuna hazırlığımız digər oyunlarda olduğu kimi, planauyğun davam edir. Lənkəran təmsilçisi güclü rəqibdir. Eyni zamanda meydança amili onların tərəfindədir. Buna baxmayaraq, komandamı oyuna hazır hesab edirəm. Meydana çıxacaq 11 futbolçumun etimadı doğruldacağına inanıram." Cahangir Həsənzadə: "Xəzər-Lənkəran"da güclü futbolçular çıxış edir. Oyun çətin keçəcək. Amma özümüzü rəqibdən güclü hesab edir və lazımi nəticəni qazanacağımıza inanıram. Bu matçı həm də yarımfinala hazırlıq kimi də dəyərləndirərdim." Mübariz Orucov: "Hər oyunda olduğu bu oyunda da üç xal üçün meydana çıxacağıq. Lənkəran təmsilçisi ilə çətin oyun olacağını fikirləşirəm. Bu oyunda qazanacağımız üç xal çempionatda turnir cədvəlimizi yaxşılaşdırmaq baxımından çox vacibdir..." Egidius Yuşka: "Ötən oyunda zədəli olduğumdan komandama kömək edə bilmədim. Sevinirəm ki, bu matça hazıram və Baş Məşqçinin etimad göstərəcəyi təqdirdə qolla bu etimadı doğrultmağa çalışacam..." Xatırladaq ki,AFFA turun hakimlərini elan etmişdir. Hakimlərlə aşağıdakı linkə daxil olmaqla tanış olmaq olar: "XƏZƏR LƏNKƏRAN" - "QARABAĞ" - HAKİMLƏR

Paylaş