MATÇ ÖNCƏSİ: "... ÜÇ XAL! ! ! "
28 Apr 2006
MATÇ ÖNCƏSİ: "... ÜÇ XAL! ! ! "
"Qarabağ" Futbol Klubu Azərbaycan çempionatının növbəti XXIII turu çərçivəsində Bakının "MOİK" klubunu qəbul edəcək. Suraxanı qəsəbə stadionunda keçiriləcək bu oyuna komanda gündəlik bir dəfəlik məşqlərlə hazırlaşır. Kubokun yarımfinal ilk görüşü başa çatdıqdan sonra bir günlük istirahət edən "Qarabağ" təqvim matçına bir gün qalmış "Ambiance" otelində məskunlaşmışlar.
Oyun öncəsi komanda üzvlərindən bəzilərinin fikirləri:
Böyükağa Ağayev: "Rəqibin kimliyindən asılı olmayaraq hər oyuna üç xal üçün çıxırıq. Bizim üçün autsayder və ya lider anlamı ilə matça hazırlaşmaq prinsipi yoxdur. Turnir cədvəlində yerimizi möhkəmləndirmək üçün bu oyunun əhəmiyyəti böyükdür. "MOİK" çempionatda zəif çıxış etsə də, hər bir kluba hörmətlə yanaşmaq lazımdır."
Vitaliy Kovalyov: "İki kubok oyunu arasında "MOİK"lə oynamaq variantlar arasından ən yaxşısı idi. Bu oyunda meydan amili də bizim tərəfimizdədir. Kubokun cavab oyunu öncəsi "MOİK" üzərində qazanılmış qələbə lap yerinə düşərdi."
Samir Musayev: "Mən hər oyuna qol vurmaq, komandamın qələbəsində pay sahibi olmaq üçün çıxıram. Bombardirlik yarışmasında da geri qalmamaq üçün bu görüşdə müqləq qol sayımı artırmalıyam..."
Qoqa Beraya: "Meydanda futbolçular arasında anlaşma oyundan oyuna yaxşılaşır ki, bu da komandanın gücünü daha da artırır. Komandamız qarşıdakı oyunda favorit sayılsa da, onu meydanda biz sübut etməliyik..."