Matçöncəsi iddialılar

single-news
24 Fev 2009

Matçöncəsi iddialılar



`Qarabağ`ımız cari mövsüm heç olmadığı qədər hədəfə köklənib. 11 oyundu məğlubiyyətin nə olduğunu unudan, son 4 matçda maksimum nəticə göstərən komandamızda hər kəs tək yumruq olub. Sabah kubokun 14 finalında qarşılaşacağımız `Neftçi`ylə matçöncəsi hər kəs ilk matçda yarımfinalın taleyini həll etməyi düşünür. Hər zaman iddialı açıqlamaları ilə diqqət çəkən koordinatorumuz Mehmet Ak öz ənənəsinə sadiq qaldı:`Qarabağ` bu gün ən güclü fiziki hazırlığı malik komandadır. `Neftçi`yə hörmət edirik, tarixi olan komandadır.  Amma bu gün bizim komanda yüksəlişdədir. Hal-hazırda bizim əsas məqsədimiz hazırkı formanı qorumaqdır. Hər 2 cəbhədə mübarizə apardığımıza görə ilk matçda işi bitirməyimiz faydalı olardı. İnşallah, sabah bunu da bacaracağıq. Zənnimcə, ən azı 2:0 hesabıyla qalib gələcəyik.`

Komandamızın qapıçılarla işləyən məşqçisi, komandamıza `Neftçidən gələn, quru seriyaya görə rekordçu Nizami Sadıqov:` Kubok oyunalrı hər zaman gərgin olur. Geriyə yol olmadığından heç kim riskə getmək istəmir. Amma komandamızın son durumu göstərir ki, biz bu gün `Neftçi`dən daha güclüyük. Təbii ki, 90 dəqiqə meydanda güclü olan  oyunun  sonunda bəlli olur. Hər cür nəticə qeydə alına biləcəyindən oyuna diqqətli çıxmaq lazımdır.`

Çempionatın ən yaxşı  legionerlərindən olan Sedat Şahin isə kuboku qazanmaq istədiyini gizlətmədi:` Kuboka çox yaxınlaşmışıq. Çempionluqdan fərqli olaraq kubokda daha az matç qazanaraq titula yiyələnmək olar. Ürəyimə damıb ki,  kubok bizim olacaq.

Komandamızın istedadlı müdafiəçisi Maksim Medvedev:` İkinci dövrəyə yaxşı başlamışıq. `Neftçi`ylə oyunlarda da uğurlarımızı davam etdirmək istəyirik. Düzdü, asan olmayacaq. Amma qalib gəlməyə məhkumuq.`

Son oyunlarda Qurbanov tərəfindən şans verilən Rauf Əliyev isə etimad verildiyi təqdirdə  qol vuracağına inandığını gizlətmədi:` Çalışacam ki,  baş məşqçinin verdiyi şansdan maksimum yararlanım. `Qarabağ`da ilk matçıma mıhz `Neftçi`yə qarşı kubok oyununda çıxmışam. O zaman 16 yaşım var idi. Həyəcanlanırdım. İndi isə qol vurmaq arzusuyla yaşayıram.

 

 

 

 

Paylaş

// pop up