MATÇSONRASI: ”HƏR KƏSƏ TƏŞƏKKÜRLƏR”
MATÇSONRASI: ”HƏR KƏSƏ TƏŞƏKKÜRLƏR”
“Qarabağ” – “ABN-Bərdə” matçı üçün təşkil olunmuş mətbuat konfransına ilk olaraq qonaq komandanın baş məşqçisi Faiq Cabbarov başladı. “Qarabağ” ilk 4 turda məğlub olsa da rəqibimizin “qara zolaq”da olduğunu bilirdim. Yetirmələrimə də bu barədə göstərişlər vermişdim. Lakin, təcrübə çatışmamazlığı öz sözünü dedi. Yetirmələrimdən razıyam. Neylemək olar? 1 həftəyə yığılmış komandadır. Gələcək oyunlarda toparlanmağa çalışacağıq.”
Sonra isə Komandamızın baş məşqçisi Rasim Kara media mənsublarına fikirlərini paylaşdı. ” Bu oyunda mütləq qazanmalıydıq. Çox çətin günlər keçirdik. İnanın ki, gecələr yata bilmirdik. O qədər dişimizi bir-birinə sıxmışdıq ki, çənəmizə qan yığılmışdı. Mən hər zaman demişəm ki, yetirmələrimin hər birinə inanıram. Gəncindən təcrübəlisinə qədər. Amma, sanki tilsimə düşmüşdük. Bu gün “Milan”la oynasaydıq belə meydana qələbə üçün çıxacaqdıq. Mənim futbolçularım ilk 4 turdakı nəticələrə layiq deyildi.”
Sonra Rasim bəy sözlərini belə davam etdirdi:” Bizə dəstək olan hər kəsə öz minnətdalığımızı bildirirəm. Futbolçudan sıravi azarkeşədək. Rəhbərlik də bizə inanılmaz dəstək göstərdi. Sizə söz verirəm, bu “Qarabağ” vaxt gələcək daim çempionluğa oynayacaq. Baza problemi həll olunduqdan sonra “Qarabağ”ın bütün sahələrdə komplekləşmiş kluba çevriləcək. Bütün bunlar isə, ilk növbədə Azərbaycan futbolunun gələcəyi üçündür.