MAURİNYO "BARSA"DA
23 Fev 2008
MAURİNYO "BARSA"DA
"Barselona" rəhbərliyi "Çelsi"nin keçmiş baş məşqçisi Joze Maurinyo ilə razılığa gəlib. Növbəti mövsümdən etibarən kataloniyalıları portuqaliyalı mütəxəssis çalışdıracaq. Hətta tərəflər mayın 1-də qüvvəyə minəcək rəsmiləşməmiş müqaviləyə də imza atıb. Klubun hazırki çalışdırıcısı Frank Raykaard bu uğurlara müvəffəq olsa, "Barsa" Maurinyo ilə anlaşmanı təxirə salacaq və ona yarım milyon avro konpensasiya ödəyəcək. Bundan başqa klub rəsmiləri portuqalın İspaniyaya gələcəyi təqdirdə "Çelsi"nin hücumçusu Didye Droqbanın da Ronaldinyo ilə dəyişdiriləcəyini söyləyib. Bir qədər əvvəl afrikalını 35 milyon avroya satmağa hazır olan "zadəganlar"ın prezidenti Roman Abramoviç də bu təklifə isti yanaşıb.