MAURİNYO "MİLAN"DA...
MAURİNYO "MİLAN"DA...
Mövsüm gedişində “Çelsi”dən qovulsa da, Joze Maurinyonun uzun müddət işsiz qalacağına inam azdır. Indi hansı komandanın ayağı büdrəyirsə, jurnalistlər dərhal portagizli mütəxəssisi ora calamağa cəhd edir. Bir ara don Jozenin adı İngiltərə və “Barselona”ilə yanaşı səslənsə də, indi onun “Milan”ın “sükanı arxasına” keçəcəyi haqda xəbərlər yayılıb. Belə ki, ünlü “Frans Fotbol” nəşrinin yazdığına görə, Maurinyoyla “Milan” rəhbərliyi arasında artıq ilkin müqavilə imzalanıb. Guya portagiz məhz “Milan”la danışıqlar apardığına görə İngiltərə yığmasını çalışdırmaqdan imtina edib. Buna rəğmən, don Joze lombardiyalıların qarşısına Droqbanın alınmasını da şərt qoyub. "Milan" rəhbərliyi yayılan bu xəbərə hələ şərh verməsə də, İtaliya yığmasının baş məşqçisi Roberto Donadoninin bu posta gətiriləcəyi haqda şayiələri təkzib edib. Klubun vitse-prezidenti Adriano Qalliani bildirib ki: "Vaxtilə klubumuzun şərəfini qoruyan futbolçular indi İngiltərə, Hollandiya və İtaliyada uğur qazanır. Ümid edirəm ki Donadoni İtaliya yığmasına Avropa çempionluğunu qazandıra biləcək. Və bununla da "Milan" ailəsinin üzvü olaraq qalacaq".