MDB-NİN ƏN GÜCLÜSÜ: "NEFTÇİ" ! ! !

single-news
23 Yan 2006

MDB-NİN ƏN GÜCLÜSÜ: "NEFTÇİ" ! ! !



"Neftçi"nin finala çıxması heç kimi təəccübləndirmədi. Belə də olmalıydı. Ən azı ona görə ki, hələ bir il əvvəl bu zirvə fəth edilmişdi yeni zirvələrə doğru irəliləmək lazım idi... Hələ keçən il Prezidentimizlə görüşdə klubun Baş Məşqçisi Ağasəlim Mircavadov Birlik Kubokunun Bakıya gətiriləcəyinə söz vermişdi. Sözün ustündə də durdu... ...Final matçı "Neftçi" üçün elə də ürəkaçan başlamadı. Matçın əvvəlində Ruslan Abbasov öz qapı tprumuzu silkələdi. Lakin Nadir Nəbiyev, 3 dəqiqə sonra isə Borets bu səhvi Ruslana unutdurdular. İkinci hissədə daha 2 dəfə Kaunası mərkəzə dəvət etdikdən sonra isə.... Kubok Bakıya gəlir. Bu münasibətlə bütün Azərbaycan xalqını qələbə münasibətilə təbrik edirik. "Neftçi" PFK-nu isə klubumuz adından səmimi qəlbdən təbrik edir, onlara Azərbaycan futbolu adına daha uca zirvələri fəth etməsini arzulayırıq ! ! !

Paylaş