MEDALIN İKİ ÜZÜ

single-news
21 Avq 2008

MEDALIN İKİ ÜZÜ



VÜSAL ELAY

 

XVII milli çempionat və yaxud da yeni təbirlə  desək  adını ingilislərə çox gördüyümüz premyerliqa nüfuzlu yeni çempionatımız artıq start götürdü. Birinciliyin 2 turu oyunu tarixin keçmiş yaddaşına həkk  olundu. Əslində, böyük dəyişikliklər daha doğrusu tərəqqi ümidində olduğumuz  futbol yarışı da beləcə bizi ağuşuna aldı. Başlamağına başlayıb. Amma yenədə ənənəvi Avqust suallarının təzyiqindən qurtula bilmirik..

Hər nə qədər yeknəsəklikdən qurtulmağa çalışsaq da, daha doğrusu buna ümid etsək də, nəticə göz qabağındadır. Dilimizdə “qotur” olmuş  boş stadionlar, gözlərimizin zövqünü öldürmüş azərbaycansayağı “atletik” oyun,  sivil ölkələrdən fərqli olaraq kütlənin marağını cəlb etməyən, dünyada bir nömrəli idman növü sayılsa da lakin bizdə bir udumluq marağı ötməyən nə də olsa yenə də futboldur oynanan.

Amma, təbii ki, dünyada statik heç bir şey yoxdur. O cümlədən Azərbaycan futbolu da  dinamika baxımdan əyləc olmadan belə “tərpənir”. Bir az  qəti qərara gəlmək çətin olsa da, zənnimizcə cari birincilik marağı və səviyyəsinin artıdğını söyləyə bilərik. Niyə?

Elə isə gəlin bunun səbəbklərini araşdırmağa başlayaq.

Əvvəla, legioner limitindən başlayaq. Bəlkə də, yabançı məsələsi ən önəmli amildir, təzəcə start götürən birincilik üçün. Əvvəla, həmkarım Saleh Arslanın elə www.qarabagh.com üçün yazdığı köşəsində legioner limitinin oynamsının müəyyən fəsadlarının olacağı mükünlüyü olsa da  inkişafın yollarının təzadlı məanelərdən keçdiyini unutmamalıyıq. Düzdü, gəlmələrinin sayının limitsiz olması yerli futbolçuların səviyyəsinə təsir göstərəcək. Amma burası da var ki, müstəqillikdən bəri qanımızdan olan topqovanların səviyyəsi artmadığı göz önündədir. Bir şey ki, qalxacaq, indiyə kimi alınmayıb ona daha ümid etmək mənasızdır. Hər halda, bu limit 3-də olub, 5-də, 7-di də. Amma beynəlxalq aləmdə çatan bizi kötəkləməkdə davam edib. Demək çıxış yolu olan-qalan məhduduyyətləri də qaldırmaq lazımdı ki bazar təmizlənsin. Etiraf etmək lazımdır ki, ilk ikim turda bir az futbol adına bir şeylərin yaşanmasında legionerlərin böyük rolu var. Düzdü, legionerlərin səviyyəsi elə komandaların durumuna  görə fərqlənir. Amma bəllidir ki, ilk 2 turda bir az hərəkətin meydana gəlməsində əcnəbilərin rolu böyükdür. “İnter” – Olimpik” və “Standart” – “Neftçi” oyunlarında müvafiq olaraq 14 və 15 gəlmə futbolçu start heyətində meydana çıxıb. Elə iddialı “Bakı” da  MOİK qarşısında 8 legionerin xidmətindən yararlanıb. Düzdü, yerli futbolçular üçün nə qədər acınacaqlı olsa da, fakt reallığını dəyişmir. Yerlilərə güvənmək lazımdır. Amma qan qohumluğuna, torpaq bağlılığına görə yox. Oynamaq istəyən futbolçu mütləq özünü göstərəcək.   Əlimizdə “Qarabağ” nümunəsi var. Ağdamlılar ilk oyunda 2, ikinci turda isə start heyətində 3 əcnəbinin xidmətindən istifadə etsə də pis alınmayıb. Deməli, yerli və əcnəbi təyinlərini ilk olaraq səviyyə amili ilə dəyərləndirmək lazımdır.  Futbol oynamaq istəyən mütləq bunun üçün çalışacaq. Klublarımız da pulunun çöldən tapmayıb. Əgər bir yerli ilə əcnəbinin səviyyəsi eynidirsə, kim durub yabancıya görə əlavə 20000 manat rüsum ödəməyə “həvəs”inə düşsün ki? Ona görə də qardaş, mənim canım həmvətənim. Allah sənə o gəlmə topqovan var ha, bəlkə daha artıq istedad verib. Amma bir balaca problem var. O da peşəkarlıqdır. Bu peşəkarlıq deyilən zad çox önəmlidir. Nəinki, futbolda həyatımız bütün sahələrində. Nə vaxt bu porblem arxada qalacaqsa o zaman gərdişi-dövran dəyişəcək. Bunun nə zaman baş verəcəyi isə....

Paylaş

// pop up