Media mənsublarının nəzərinə

single-news
4 Fev 2022

Media mənsublarının nəzərinə



UEFA Avropa Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ” – “Marsel” (Fransa) oyununun əhəmiyyətini nəzərə alaraq bu qarşılaşma üçün media nümayəndələrinin ayrıca akkreditasiya nəzərdə tutulub.

 

Bu oyuna akkreditasiyanı Peşəkar Futbol Liqasında (PFL) mövsümlük qeydiyyatdan keçmiş KİV vasitələri ala bilərlər;

 

Qeydiyyatdan keçmək istəyənlər fevralın 13-ü saat 18:00-a qədər ad-soyad, çalışdığı mətbu (TV) orqanın adı, şəxsi fotosunu press@qarabagh.com elektron ünvanına göndərməlidirlər;

 

Qeydiyyatdan keçərkən yazılı mətbuat nümayəndəsi PRESS, fotoqraflar FOTO, televiziya əməkdaşları isə TV qeyd etməlidir;

 

Hər sayt və qəzet 1 (əlavə FOTO akkreditasiya istəyənlər üçün istisnadır), televiziyadan isə 2 əməkdaş (1 müxbir, 1 operator) akkreditasiya üçün müraciət edə bilər;

 

Akkreditasiyaların verilmə tarixi və yeri haqda daha sonra məlumat veriləcək.

 

Qeyd: COVID-19 pandemiyası ilə əlaqədar UEFA-nın əsasnaməsinə əsasən, mətbuat konfransında say məhdudiyyəti olacaq. Vəsiqələr təqdim olunarkən mətbuat konfranslarında (Premyer Liqa və avrokubok) daha çox iştirak etmiş media mənsublarına üstünlük veriləcək.

 

Anlayışınız üçün təşəkkür edirik!

Paylaş

// pop up