Media nümayəndələrinin diqqətinə!

single-news
22 Dek 2025

Media nümayəndələrinin diqqətinə!



Komandamızın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VII turu çərçivəsində Almaniyanın “Ayntraxt Frankfurt” klubuna qarşı keçirəcəyi ev oyunu üçün media akkreditasiyası qeydiyyatı elan olunur.

Yanvarın 21-də keçiriləcək qarşılaşma üçün akkreditasiya əldə etmək istəyən media nümayəndələri dekabrın 29-u, saat 18:00-dək paylaşılacaq link vasitəsilə qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.

Akkreditasiya yalnız mətbuat nümayəndələri və peşəkar fotoqraflar üçün nəzərdə tutulur. Müraciət edən şəxslərin 2025/2026 mövsümü üzrə Peşəkar Futbol Liqası tərəfindən verilmiş vəsiqəyə malik olmaları mütləqdir.

Qeyd edək ki, hər media qurumundan yalnız bir jurnalist və bir fotoqrafa akkreditasiya veriləcək. Eyni qurumdan müraciət edən digər şəxslərin müraciətləri qeydə alınmayacaq.

Həmçinin, akkreditasiya üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra daxil olan müraciətlər qəbul edilməyəcək.

https://forms.gle/b2nQd6an9whWiYwv6
 

Paylaş

// pop up