Media nümayəndələrinin diqqətinə!

single-news
29 İyn 2026

Media nümayəndələrinin diqqətinə!



UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Vestri” klubuna qarşı keçirəcəyimiz ev oyunu üçün media akkreditasiyası qeydiyyatı elan olunur.

İyulun 9-da keçiriləcək qarşılaşma üçün akkreditasiya əldə etmək istəyən media nümayəndələri iyul ayının 5-i saat 18:00-dək paylaşılacaq link vasitəsilə qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.

Akkreditasiya yalnız mətbuat nümayəndələri və peşəkar fotoqraflar üçün nəzərdə tutulur. Müraciət edən şəxslərin 2025/2026 mövsümü üzrə Peşəkar Futbol Liqası tərəfindən verilmiş vəsiqəyə malik olmaları mütləqdir.

Qeyd edək ki, hər media qurumundan yalnız bir jurnalist və bir fotoqrafa akkreditasiya veriləcək.Eyni qurumdan daxil olan digər şəxslərin müraciətləri nəzərə alınmayacaq.

Həmçinin, akkreditasiya üçün müəyyən edilmiş müddət başa çatdıqdan sonra daxil olan müraciətlər qəbul edilməyəcək.

https://forms.gle/xTG4UAWvboEranKR8

Paylaş

// pop up