Media nümayəndələrinin diqqətinə!

single-news
13 İyl 2026

Media nümayəndələrinin diqqətinə!



Avrokuboklarda mübarizə aparan klubumuzun növbəti ev oyunu üçün media akkreditasiyası qeydiyyatı elan olunur.

 

Qarşılaşma üçün akkreditasiya əldə etmək istəyən media nümayəndələri 19 iyul, saat 18:00-dək paylaşılacaq link vasitəsilə qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.

 

Akkreditasiya yalnız mətbuat nümayəndələri və peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Müraciət edən şəxslərin 2025/2026 mövsümü üzrə Peşəkar Futbol Liqası tərəfindən verilmiş vəsiqəyə malik olmaları mütləqdir.

 

Qeyd edək ki, hər media qurumundan yalnız bir jurnalist və bir fotoqraf akkreditasiya ala bilər. Eyni media qurumundan təqdim olunan digər müraciətlər nəzərə alınmayacaq.

 

Həmçinin, akkreditasiya qeydiyyatı üçün müəyyən edilmiş son müraciət vaxtından sonra daxil olan müraciətlər qəbul edilməyəcək.

 

Akkreditasiya ilə bağlı əlavə məlumat qarşılaşmanın detalları dəqiqləşdikdən sonra media nümayəndələrinə təqdim olunacaq.

 

https://forms.gle/4TuCXT9N9Vbdj9c89

Paylaş

// pop up