Media nümayəndələrinin nəzərinə

single-news
27 İyl 2024

Media nümayəndələrinin nəzərinə



UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Linkoln” (Cəbəllütariq) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.

 

Komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı iyulun 28-i saat 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:45-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

 

Qonaq komandanın açıq məşqi iyulun 29-u saat 19:00-da, baş məşqçi Xavyer Munyosun mətbuat konfransı isə 18:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

 

Media mənsubları akkreditasiyalarını iyulun 28-i saat 15:30-dan 17:30-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.

 

Qeyd edək ki, iyulun 30-da keçiriləcək “Qarabağ” – “Linkoln” görüşü saat 20:00-da başlayacaq.

Paylaş