Media nümayəndələrinin nəzərinə

3 Avq 2024
Media nümayəndələrinin nəzərinə
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Lüdoqorets” (Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 5-i saat 17:45-də “Azersun Arena”da baş tutacaq. 18:15-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın açıq məşqi saat 20:00-da, baş məşqçi Georgi Dermendzhievin mətbuat konfransı isə 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Lüdoqorets” görüşü saat 20:00-da başlayacaq.