Media nümayəndələrinin nəzərinə

Media nümayəndələrinin nəzərinə
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Dinamo” (Zaqreb, Xorvatiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Komandamızın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 27-si saat 17:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. 18:00-da media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın açıq məşqi saat 19:45-də, baş məşqçi Sergey Yakiroviçin mətbuat konfransı isə 19:15-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.
Media mənsubları akkreditasiyalarını avqustun 27-si saat 15:00-dan 17:00-dək Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən götürə bilərlər.
Qeyd edək ki, avqustun 28-də keçiriləcək “Qarabağ” – “Dinamo” görüşü saat 20:45-də başlayacaq.