MEDİANIN NƏZƏRİNƏ: `Qarabağ` - `Portadaun` - Akreditasiya başlanmışdır
MEDİANIN NƏZƏRİNƏ: `Qarabağ` - `Portadaun` - Akreditasiya başlanmışdır
Dəyərli media mənsublarının nəzərinə!!! Avroliqanın 2-ci turu çərçivəsində keçiriləcək `Qarabağ` - `Portadaun` matçı üçün jurnalistlərin akreditisiyası başlanmışdır. Media əməkdaşlarının diqqətinə çatdırılır ki, İyunun 19-u saat 15:00-dən Iyulun 21-i saat 15:00-a qədər `Qarabağ` Futbol klubunun bazası `Ruslan-93` idman bazasına təşrif buyuraraq akreditasiya vərəqələrini əldə edə bilərlər. Hörmətli media mənsublarının nəzərinə çatdırılır ki, akreditasiya vərəqələrini göstərilən müddətdə (48 saat ərzində) istənilən vaxt əldə etmək olar. Xüsusilə vurğulayırıq ki, qeyd olunan vaxtın xaricində akreditasiya verilməyəcəkdir. Stadiona və ya başqa yerə gətirilmə xahişlərini yerinə yetirmək mümkün olmayacaqdır.
Tələb olunan sənədlər: mənsub olduğu qurumu göstərən vəsiqə (bir qurum əlavə akreditasiya istərsə, həmin şəxsin iş vəsiqəsi tələb olunur)
Akreditasiya verilmə tarixi: 19.07.2010 – 15:00-dan 21.07.2010 – 15:00-a qədər
Ünvan: Qara Qarayev prospekti, Əli Vəliyev 7a. `Ruslan-93` idman kompleksi. (012-422-35-05)
Əlaqə telefonu: 050-265-04-50