Medianın nəzərinə !

single-news
21 Noy 2020

Medianın nəzərinə !



Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"ımız 26 noyabrda "Başakşehir Fatih Terim" stadionunda "Sivasspor"u qəbul edəcək. Qarşılaşmada iştirak etmək istəyən media nümayəndələri aşağıdakı şərtləri yerinə yetirərək qeydiyyatdan keçə bilərlər:

 

1. Qeydiyyatdan keçmək üçün bu gündən 24 noyabr 18:00-a qədər təmsil etdiyi media qurumunun iş vəsiqəsi, şəxsiyyat vəsiqəsi və şəxsi fotosunu Press@qarabagh.com  elektron poçt adresinə göndərməsi və ad, soyad, təmsil etdiyi KİV-dəki vəzifəsinin (PRESS, TV, FOTO) qeyd olunması xahiş olunur. 

2. Mətbuat konfransında iştirak etmək istəyən media nümayəndələri öz müraciətlərində qeyd etməlidir (maksimum 10 nəfər).


3. Qarşılaşmaya yalnız Qarabağ Futbol Klubundan qeydiyyatdan keçmiş mətbuat nümayəndələri buraxılacaq.

 

Paylaş