Medianın nəzərinə...
Medianın nəzərinə...
Müstəqil Azərbaycan futbolunun ən böyük uğuru reallaşdı...`Qarabağ`ımızın uzaqgörən siyasəti uzun müddətdit gözlədiyimiz həsrətə son qoydu. Və budur, `Qarabağ`ımızın və Azərbaycan millisinin gənc üzvü Vaqif Cavadov artıq Hollandiyanın məşhur `Tvente`sinin üzvüdür. Belə möhtəşəm olay təbii ki, diqqətdən kənar qala bilməzdi. Yanvarın 14-ü `Azersun Holdinq` mədəniyyət mərkəzində ölkə futbol ictimaiyyətinin nüfuzlu şəxslərinin - AFFA-nın vitse prezidentləri, Elşad Nəsirov, Rauf Əliyev, AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, `Qarabağ` klubunun rəhbərliyi eyni zamanda futbolumuzun məşhur şəxslərin iştirakıyla tədbir keçiriləcək. Media mənsubları tədbirə dəvətlidir.
Tarix: 14.01.2010
Yer: `Azersun Holding` mədəniyyət mərkəzi (H. Əliyev prospekti, 90)
Saat: 14:30
Əlaqə telefonu: 050 392 51 89