Medianın nəzərinə!!!
Medianın nəzərinə!!!
Dəyərli media mənsublarının nəzərinə!!! Avroliqanın 1-ci turu çərçivəsində keçirələcək `Qarabağ` - `Metallurq` matçı üçün jurnalistlərin akreditisiyası başlanmışdır. Media əməkdaşlarının diqqətinə çatdırılır ki, İyunun 29-u saat 14:00-dən İyunun 30-u saat 17:00-a qədər `Qarabağ` Futbol klubunun bazası `Ruslan-93` idman bazasına təşrif buyuraraq akreditasiya vərəqələrini əldə edə bilərlər. Hörmətli media mənsublarının nəzərinə çatdırılır ki, akreditasiya vərəqələrini göstərilən müddətdə istənilən vaxt əldə etmək olar. Xüsusilə vurğulayırıq ki, qeyd olunan vaxtın xaricində akreditasiya verilməyəcəkdir. Stadiona və ya başqa yerə gətirilmə xahişlərini yerinə yetirmək mümkün olmayacaqdır.
Tələb olunan sənədlər: mənsub olduğu qurumu göstərən vəsiqə (bir qurum əlavə akreditasiya istərsə, həmin şəxsin vəsiqəsi tələb olunur)
Akreditasiya verilmə tarixi: 29.06.2010 – 14:00-dan 30.06.2010 – 17:00-a qədər
Ünvan: Qara Qarayev prospekti, Əli Vəliyev 7a. `Ruslan-93` idman kompleksi.
Əlaqə telefonu: 050-265-04-50