Medvedevdən yubiley oyunu

19 Apr 2019
Medvedevdən yubiley oyunu
Futbolçumuz Maksim Medvedev komandamızda yubiley oyununa çıxıb.
Belə ki, dünən baş tutan Azərbaycan Premyer Liqasının XXV turunda "Keşlə" yə 3:0 hesabı ilə qalib gəldiyimiz matç Maksimin komandamızla 400-cü rəsmi oyunu olub. Bu münasibətlə matçdan öncə futbolçumuza övladları tərəfindən "400" yazılı simvolik forma təqdim olunub.