....MƏĞLUB OLDUQ.
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/613.jpg)
24 May 2005
....MƏĞLUB OLDUQ.
Son turda "Qarabağ" "Turan"ın qonağı oldu.
I hissə:
4 dəq- Aslan Kərimov bir oyunçunu keçərək qapıya zərbə vurdu;
8 - Əks hücum. Asen Nikolovun gözəl ötürməsi, müdafiənin səhvi və Kənan Kərimov hesabı açır;
16 - Engin Özmən son oyunçunu da keçir, onu yıxırlar, hakimin fiti isə susur;
17 - Kənan Kərimov qapıya zərbəsi alınmadı;
20 - müdafiənin daha bir səhvi - qapıçı meydançasından kənarda Rauf topu əllə tutur və sarı vərəqə;
21 - Cərimə zərbəsi - Rauf Mehdiyev mükəmməl reaksiya ilə topu tuta bilir;
25 - Ruslan Musayevin ötürməsi, Azərin topu saxlamadan zərbəsi qapıdan azacıq aralı keçir;
29 - Engin Özmənin mərkəzdən Samirə, onun isə İvan Karamanova ötürməsi - İvan son anda büdrəyir;
.. Bundan sonra üstünlük tamamilə "Qarabağ"dadır..
39 dəq- Aslan sarı vərəqə alır(hakimlə danışdığına görə);
42 - Cərimə zərbəsi - Denis yandan vurur;
...II hissə:
53 dəq- Ruslanın ötürməsindən sonra Mübarizin zərbəsi - qapıçı yerindədir;
56 - rəqib qapıçının səhvi - Engin - Samir- Engin paslaşması son zərbə ilə başa çatmadı;
57 - Əks hücum- Aslan Kərimovun mərkəzdə səhvi, Asen Nikolovun matçda ikinci mükəmməl ötürməsi və Kənan Kərimov hesabı 2:0 edir;
58 - Mübariz Orucov sarı vərəqə;
64 - Kənan Kərimov sarı vərəqə;
65 - Vüqarın zərbəsi, qapıçı yerindədir;
72 - meydana təzə çıxmış Vadim Vasilyev təkbətək çıxır, amma zərbəsi alınmır;
74 - Mübarizin yandan asmasından sonra Samir Musayevin başla zərbəsi- qapıçı çətinliklə topu tuta bilir;
80 - Samir axır ki, öz istəyinə çatır-top qapıdan keçir. Amma hakim oyundan kənar vəziyyət qeydə alır;
82 - Asen Nikolovun daha bir ötürməsi və Zaza Loşabidze hesabı 3:0 edir;
87 - Vüqarın ötürməsi - Vadim yenə də qapıçı ilə təkbətək qalır, bu dəfə də qapıçı qalib gəlir;
Əlavə vaxt - bu dəhə üç ötürmədən sonra Asen Nikolov özü qapımıza qol vurur 4:0.