MƏĞLUB OLSAQDA...
MƏĞLUB OLSAQDA...
Komandamız oyuna 4-4-2 taktiki sxemiylə çıxmışdı. Son xəttdə gözlənilidiyi kimi Fərhad Vəliyev qərarlaşmışdı. Öndə isə Timur, Nodar, Maksim, Hüseyn müdafiə xəttini təşkil etmişdi. Aslan və Tagim bir qədər öndə, cinahlarda isə Pupo və Murad oynayırdı. Ön xətdə isə Vaqif-Kənan dueti qol vurmağa çalışırdı.
Matç komandamız üçün yaxşı başladı. Artıq 1-ci dəqiqədə Murad Ağakişiyev iki nəfəri əla aldadaraq cərimə meydançasına ötürmə etsə də, Vaqif topa çatmadı. Bu dəqiqələrdə üstünlüyü ələ alsaqda sonda qeyri-dəqiqlik komandamıza mane olurdu. Bu dəqiqələrdə meydanın mərkəzində Puponun aktiv oyunu ilə rəqibi özlərinə aid hissələrinə çəkilməyə məcbur edən komandamız Kənan və Vaqiflə sonda şansını qaçırdı. 29-cu dəqiqədə isə bəxt bizdən “qaçdı”. Pupo Aslanın ötürməsindən sonra zərbə vurdu. Lakin top son anda qapının yanında keçdi.
“Vurmayana vurarlar” prinsipi bu dəfə də işə düşdü. 40-cı dəqiqədə Puponun topu itirməsindən sonra Lıçkinin ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Vladimir Mazyar qola sevindi.1:0. Qoldan həmən sonra Hesabı dəyişə bilərdik. Lakin Murad bir neçə nəfəri aldadaraq zərbə endirsə də, topa qapının yanından keçdi.
İkinci yarıda İbekoyi və Soumah meydana daxil oldu. Komandamız fəallaşsa da rəqib təmamilə geri çəklərək öz qapısına sıxıldı. Lakin öncə Puponun ardından Muradın cərimə zərbəsi qapının yanından keçdi. Matçın gedişində rəqib komanda tez-tez yıxılaraq vaxtı uzatsa da hakimin heç bir tədbir görməməsi də diqqət çəkdi. Matçda son hücumu da bir gerçəkləşdirdik. Murad cərimə meydançasının həndəvərində yıxsalarda hakimin fiti susdu, Viktorun zərbəsi isə qapının üstündən keçdi.