Mehmet Ak:` Artan sürət - məqam yetişdi`

single-news
30 Mar 2009

Mehmet Ak:` Artan sürət - məqam yetişdi`



`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Gündə iki dəfə olmaqla Suraxanı qəsəbə stadionunda hazırlıqlarını davam etdirən komandamız bu gün ilk hazırlıqda test həyata keçirib. Ənənəvi Konkoni testi 8 həftə sonra yenidən baş tutub. Çempionatın son mərhələsi öncəsi keçirilən testin mahiyyəti komandanın ümumi hazırlığını ortaya qoyacaqdı. Sadəcə, zədə səbəbindən Aslan Kərimov və Aftandil Hacıyevin iştirak etmədiyi testdə nəticələr qənaətbəxş olub. Hər halda komandamızın koordinatoru Mehmet Ak belə düşünür:` Nəticələr gözlədiyimizdən də yaxşı oldu. Ümumilikdə, komandada 15-20 faiz artım var. Əminliklə, deyə bilərəm ki, bu gün komandanın fiziki-kondisiyasında heç bir problem yoxdur. Futbolçuların demək olar ki, hamısında artım müşahidə olundu. Əvvəllər orta nəticə 2000-2500 arsındaydısa, bu gün 2700-3200 komanda üçün optimal hal sayılıb. Başqa bir deyimlə futbolçuların 1 kilometrə olan məsafə həcmi 14,1-dən 15,1-ə qədər yüksəlib. Bu göstərici hədəflərimizə uyğundur. Xüsusilə, futbolçuların canfəşanlığından razı qaldım.`
Mehmet bəy test ən yaxşı kimin nəticə göstərməsiylə bağlı belə bir açıqlama verdi:` Bilirisiniz, burda sadəcə çox qaçmaqdan söhbət getmir. Futbolçunun yaşı, qaçış zamanı nəbzi və tempi önəmlidir. Belə götürdükdə, Sedatı, Maksimi və Vaqifi bir qədər fərqləndirmək olar.`  

Paylaş

// pop up