MEHMET AK "QARABAĞ" FİZİKİ CƏHƏTDƏN ÇOX GÜCLÜDÜR"
MEHMET AK "QARABAĞ" FİZİKİ CƏHƏTDƏN ÇOX GÜCLÜDÜR"
Yeni çalışmalar çərçivəsində pereodik aralıqlarla komandamızın performansını ölçmək və dəyərləndirmək üçün 8 həftədən sonra “Qarabağ” Futbol Klubu daha bir testdən keçdi. Ilk test yanvar ayının 8-i Antalyada baş tutmuşdu. Testin nəticələri barədə komandanın fiziki hazırlıq üzrə koordinatoru Mehmet Ak danışdı: “ Komanda gözlədiyimizdən də yaxşı formadadır. Fiziki cəhətdən xeyli irəliləmələr var. Istədiyimiz nöqtəyə çatanadək məşqlər eyni formada davam edəcək. Amma onu də deyə bilərəm ki, Azərbaycanda “Qarabağ” kimi fiziki cəhətdən daha güclü komanda yoxdur. Test nəzərdə tutulduğu kimi saat 15:30 da başladı və saat yarım davam etdi. Komanda hər birində 5 nəfər olmaqla 4 qrupa ayrıldı. Hər futbolçu 100 metrlik dairə içərisində qaçaraq səslənən siqnallara çatmaq üçün bir-biri ilə mübarizə aparırdı. Komandanın fiziki cəhətdən ən yaxşı futbolçusu 17 yaşlı Şəhriyar Xəlilov oldu. Zədəsinin yenicə sağalmasına baxmayaraq Kənan Kərimov da əla formada idi. Digər futbolçular da yaxşı nəticələr sərgilədi. Komandanın kapitanı - Aslan, Aftandil, Murad, Fərhad, Qoqa, Azər, Nodar və digərləri da fiziki cəhətdən çox güclüdürlər. Bu test əvvəlkinə nisbətən daha maraqlı keçdi. Futbolçular daha yaxşı nəticələr göstərmək üçün bir-biriləri ilə sanki yarışa girmişdilər. onu da qeyd edək ki, milliyə çağırılan futbolçular bu testdən bir neçə gün əvvəl keçmişdilər”.