MEHMET AK YUVASINA DÖNDÜ
MEHMET AK YUVASINA DÖNDÜ
Əslində, o, heç “Qarabağ”dan ayrılmamalıydı. Özünün dediyi kimi “Qarabağ”ı bir dünya klubuna çevrilişinin bir parçası olmaq istəyir(di). O, 4 ay bundan öncə məlum səbəblərdən dolayı klubumuzdan ayrılmaq məcburiyyətində qaldı. Səbəbləri isə hər kəsə bəllidir. Türkiyənin ən prespektivli mütəxəssislərindən sayılan Mehmet Ak təbii ki, boş qala bilməzdi. Və Türkiyənin ən nüfuzlu klublarından biri “Qalatasaray”la əməkdaşlığa başladı. Lakin, ötən mövsüm “Qarabağ”ın möhtəşən çıxışının bəlkə də yeganə səbəbkarı mütləqə yuvasına qayıtmalıydı.
4 ay bundan öncə klubdan ayrılmalıydı. Çünki, şərtlər bunu tələb edirdi. Amma indi onun dönüşü daha möhtəşəm alındı. Mehmet Akla klubumuz uzun müddətli müqavilə bağladı. Dediyi kimi, yarım qalmış işini davam etdirməyə gəldi. İndi onun qarşısında süni əngəllər yoxdur. Hazırkı çalışdırcımız Qurban Qurbanov modern, yeniliklərə həssas və inkişaf etməyi sevən birdir. Belə də, qaşılıq inamla uğur niyə gəlməsin?
Dünən gecə Bakıya gələn Mehmet Ak artıq komandanın düşərgəsindədir. Komandamızın baş koordinatoruyla müsahibəni tezliklə saytımızda izləyə biləcəyik.