MEHMET AKIN 1 HƏFTƏLİK TƏƏSSÜRATLARI
MEHMET AKIN 1 HƏFTƏLİK TƏƏSSÜRATLARI
“Qarabağ” Antalyada hazırlığını davam etdirir. Heç şübhəsiz, komandada diqqəti ən çox cəlb edən daha təkmillədirilmiş məşq sistemi və bu sistemə başçılıq edən fiziki hazırlıq üzrə kordinator Mehmet Akdır. Baş məşqçimiz Rasim Karanın nəzarəti altında 1 həftəsi başa çatan təlim və hazırlıq barəsində Mehmet bəyin fikirlərini aldıq. Görəsən komandamız haqqında nə düşünür?
“İlk öncə onu qeyd etmək istəyirəm ki, komanda məşqlərdə inanılmaz temp sərgiləyir. Heç Türkiyənin bir sıra klublarında belə tempə rast gələ bilməzsiniz. Belə qısa zamanda, çox əla abu-hava formalaşıb. Çalışmanın tempi gün keçdikcə daha da artacaq. Bunu mövsümün sonunda ən yaxşı şəkildə nəticəsini görəcəksiniz.”
Mehmet bəydən komandanın futbolçularının durumu haqqında soruşduq: ” Futbolçuların çalışma əzminə və istəklərinə söz ola bilməz. Hiss olunur ki, əllərindən gələnin ən yaxşını etməyə çalışırlar. Belə niyyət göstərdikləri üçün onların hər birinə təşəkkür edirəm. İnşallah, bu anlşamanın nəticəsini tezliklə hamı görəcək"