MEHMET BİNNET: "ATAM ŞAMAXILI, ANAM GƏNCƏLİ, ÖZÜM İSƏ "QARABAĞ"LIYAM!"

single-news
20 Apr 2007

MEHMET BİNNET: "ATAM ŞAMAXILI, ANAM GƏNCƏLİ, ÖZÜM İSƏ "QARABAĞ"LIYAM!"



Təcrübəli idman həkimi, Proffessor Mehmet Binnət "Qarabağ" Futbol Klubunun bazasında zədəli, əməliyyat olunmuş futbolçulara baxış keçirdikdən sonra (bu barədə QARABAĞ XƏBƏRİ bölümündə) müsahibə verməyə razılığını bildirdi.
İlk sualımız onun Azərbaycana təşrif buyurmasının səbəbi ilə bağlı idi. Dünya miqyaslı cərrar suallarımızı həvəslə cavablandırmağa başladı:
- Hər kəs bilir ki, məni Azərbaycanla sıx əlaqələr bağlayır. Son vaxtlarda, 6-7 ay ərzində ölkədən təxminən 20-dən artıq  idmançını əməliyyat etmişəm. Onların durumu və qeyd etdiyim kimi,  gözəl münasibətlərimiz məni özünə cəlb edir
(gülür).
- Bilirik ki, Rasim Kara ilə dosluq əlaqələriniz mövcuddur..
- Əlbəttə, Rasim Hocayla uzun müddətdi dostluq əlaqələrimiz var. Biz cavanlıqdan  həm dost olmuşuq, həm də iş birliyi bizi birləşdirib. Onun üçün hər yerə getməyə hazıram. İndi, “Qarabağ”da gənclərdən ibarət komanda qurur. Bu ideya həqiqətən də təqdir edilməlidir. Gənclər gələcək deməkdir.
- O zaman milli çempionatımızda “Qarabağ”a azarkeşlik edirsiz?
- Bəli. Anam Şamaxılı, atam Gəncəli, özüm isə “Qarabağ”lıyam. Mən “Qarabağ”ın adına, özünə vurğunam. Ora dostlarımı da əlavə etsəm – “Qarabağ” azarkeşi olduğumu inkar edə bilmərəm.
(gülür)
- Azarkeşlik etdiyiniz komandanın  şanslarını necə dəyərləndirirsiniz?
- Bu mövsüm olmasa da, gələn il “Qarabağ” Rasim Karayla çempionluq sevinci yaşayacaq. Bunu mən söz xatirinə deyil, uzun illər çalışdığım bir futbol mütəxəssisinin iş prinsipinə əsaslanaraq deyirəm.

Bu arada  Mehmet Binnet “Qarabağ”da baş verənlərlə mütəmadi maraqlandığını, hadisələrin gedişi ilə operativ şəkildə saytımızdan məlumatlandığını da deməyi unutmadı. Yeni tərtibatlı saytımızı Bakıya gəlməmişdən bir gün öncə gördüyünü deyən Proffessor Türkiyədə hər bir saytla rəqabətə girəcək bir iş gördüyümüzə görə Bizi təbrik etdi....

Paylaş

// pop up