Türkiyənin məşhur idman cərrahı, professor, əslən Azərbaycandan olan Mehmet Binnet ölkəmizə qonaq gəldi. Paytaxtımıza ayaq basar-basmaz, dərhal “Qarabağ”ın ziyarətinə gələn Mehmet Binnet öncə klub rəhəbərliyilə qısa bir görüşmə keçirdi. Komandadakı zədəlilərin son durumunu öyrənən cərrah sonra Baş Məşqçi Rasim Karanın müşayəti ilə klubun bazasında futbolçuları müayinə etməyə yollandı. Futbolçuların hər biri ilə görüşən Binnet fərqli dönəmlərdə əməliyyat etdiyi futbolçuların sağlamlıq durumunu bir daha müayinə etdi. Təxminən 1 ay öncə əməliyyat etdiyi Timur İsrafilovun artıq məşqlərə başlamalı oduğunu bildirdikdən sonra xroniki zədələr səbəbindən 17 aydır futbol oynamayan İrakli Bereyaya müjdəni verdi. Gürcünün artıq heç bir probleminin olmadığını və hər şeyin futbolçunun əlində olduğunu bildirdi. Daha sonra “Olimpik”lə oyunda zədələnən Namiq Yusifovun vəziyyəti ilə maraqlanıb hər şeyin normal olduğunu bildirdi.
Bəs görəsən Mehmet bəyin Azərbaycana gəlməsinə nə səbəb olmuşdur? Onu Azərbaycana bağlayan nədir?
Proffessorun Azərbaycanda azarkeşlik etdiyi komanda varmi?...
Təcrübəli proffessor Klubun mətbuat Xidmətinin bu və digər suallarını böyük həvəslə cavablandırdı. Sual-cavab ilə MÜSAHİBƏ bölümündən tanış ola bilərsiniz.