MEHMET BİNNET "QARABAĞ"I ZİYARƏT ETDİ...
MEHMET BİNNET "QARABAĞ"I ZİYARƏT ETDİ...
Bu gün günorta saatlarında növbəti dəfə "Qarabağ" Futbol Klubunu tanınmış həkim, professor, Türkiyə Futbol Federasiyası sağlıq kurulu başqanı Mehmet Binnet ziyarət etdi. Hər dəfə Azərbaycana təşrif buyurduğu zaman komandanın futbolçularına baş çəkən həkim bu dəfə də komandanı sevdiyini nümayiş etdirdi. Həm komandanın,həm də Baş Məşqçi Rasim Karanın yaxın dostu olan Mehmet bəy futbolçuların sağlamlıq durumları ilə yaxından maraqlandı. Ziyarət əsnasında yaxın keçmişdə əməliyyat etdiyi Qoqa Beraya, Timur İsrafilov, Azər Məmmədov, Zaur Həşimovu,həmçinin digər futbolçular- “Simurq”la oyun qabağı zədələnmiş qapıçı Fərhad Vəliyevi müayinə edən Mehmet bəy onların durumlarından məmnun qaldığını gizlətmədi. Futbolçularımızda heç bir ciddi problemin olmadığını bildirən Mehmet Binnet həftə sonu baş tutacaq derbi oyununda onlara yalnız qələbə arzuladı: "Həm əməliyyat etdiyim, həm də digər futbolçuların sağlamlıq vəziyyətlərini öyrənmək üçün bura ziyarət etdim. Futbolçuların durumlarına görə sevindim. İnanıram ki, qarşıdakı oyunlarda futbolçular özlərini yaxşı tərəfdən görsədə biləcəklər. Çalışacam mən də azarkeşlik etdiyim "Qarabağ"ın matçını canlı izləyim..."
Professor Mehmet Binnetin ziyarətindən sonra komanda növbəti turun hazırlıqları çərçivəsində məşq prosesi üçün Suraxanı qəsəbəsi Tofiq İsmayılov adına stadiona yollandı...
Mehmet bəy bir neçə ay bundan əvvəl əməliyyat etdiyi Zaur Həşimovu müayinə edir...
Mehmet bəy Fərhadın zədəli ayağını müayinə edərkən...