Məktəblilərin futbol turniri başa çatdı. Fotolar

1 İyn 2010
Məktəblilərin futbol turniri başa çatdı. Fotolar
`Qarabağ` Futbol Klubunun təşkil etdiyi məcburi köçkün məktəblilərin futbol turniri başa çatıb. Futbolun kütləviliyi, yeni istedadların üzə çıxarılması məqsədiylə baş tutmuş turnir olduqca maraqlı keçib. 8 məktəb komandasının qatıldığı turniri Kəlbəcərin `İstisu` komandası qalibiyyətlə başa vurub. `Qarabağ`ın məşqçilərin izlədiyi və idarə etdiyi turnir yeni istedadların üzə çıxarılması baxımından faydalı olub. Yarışda 3-cü yeri `Ceyranbatan` komandasını məğlub edən `Xırdalan` komandası tutdu.
Bu gün isə baş tutan final görüşü olduqca maraqlı alındı. `İstisu` ilə `Qubadlının `Bərgüşad` komandasının görüşündə birincilərin çempionatın tapıntısı Ülvi Məmmədzadə başla topu tora göndərdi. Amma `Bərgüşad` 2-ci yarıda 2 qol vuraraq önə keçsə də, qələbə hesabını qoruya bilmədilər. Son saniyələrdə Qəşəm Qəşəmli hesabı bərabərləşdirib.
Penalti zərbələrində isə Kəlbəcər məktəbliləri daha dəqiq olaraq sonda turnirin qalibi olublar. İlk 3 yerin sahibləri `Qarabağ`ın meneceri Asif Əsgərov tərəfindən diplom və mükafatlara layiq görüldülər. Turnirin ən yaxşı qapıçısı Vüqar Yusifov, ən yaxşı oyunçu Ülvi Məmmədzadə, bombardir isə Bəhlul Həsənli (hamısı `İstisu`) seçildi.
Turnirlə bağlı maraqlı görüntülər FOTOQALEREYA bölümündə...