Məlumat
3 Yan 2023
Məlumat
"Qarabağ" FK qış təlim-məşq toplanışı üçün sabah Türkiyənin Antalya şəhərinə yola düşəcək. "Gloria Sports Arena"da məskunlaşacaq komandamız 3 yoldaşlıq oyunu keçirəcək.
Komandamız yanvarın 13-ü "Rakuv" (Polşa), yanvarın 18-i isə "Çukariçki" (Serbiya) və "Poqon" (Polşa) klubları ilə üz-üzə gələcək.
Təlim-məşq toplanışımız yanvarın 23-dək davam edəcək.