MƏLUMAT

12 Mar 2024
MƏLUMAT
UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Bayer” klubunun qonağı olacaq “Qarabağ” bu gün səfərə yola düşür. Komandamız saat 18:15-də Almaniyaya yollanacaq. “Qarabağ” Köln şəhərinə, oradan da matçın keçiriləcəyi Leverkzuenə gedəcək. Baş məşqçimiz Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı martın 13-ü Bakı vaxtı ilə 20:00-da başlayacaq. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşqimiz isə Bakı vaxtı ilə 20:30-da matçın oynanılacağı “BayArena” stadionunda baş tutacaq.
Qeyd edək ki, martın 14-də “BayArena” stadionunda keçiriləcək “Bayer” – “Qarabağ” matçı yerli vaxtla 21:00-da (Bakı vaxtı ilə 00:00-da) başlayacaq.