MƏLUMAT
MƏLUMAT
Komandamızın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Linkoln”a qarşı keçirəcəyi matçın hakimləri dəyişdirilib. İyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə Danimarkadan olan ədalət təmsilçiləri təyinat alıblar.
“Linkoln”la (Cəbəllütariq) Bakıdakı qarşılaşmanı Yakob Sundberq idarə edəcək. Deniz Yurdakul və Viktor Skitte oyunun baş hakiminin köməkçiləri olacaqlar. Yakob Karlsen dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, komandamızın mövsümdəki ilk ev oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
30 iyul
20:00. “Qarabağ” – “Linkoln”
Baş hakim: Yakob Sundberq
Baş hakimin köməkçiləri: Deniz Yurdakul, Viktor Skitte
Dördüncü hakim: Yakob Karlsen
VAR: Yonas Hansen
AVAR: Yens Maae (hamısı Danimarka)
Tofiq Bəhramov adına Respublika stadionu